[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-1310.jpg” ]
“Regionlarda intellektual inkişafa dəstək” adlı fərdi layihəyə start verildi. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi sakini Asim Mirzəxanlının rəhbərlik etdiyi “Regionlarda intellektual inkişafa dəstək” adlı fərdi layihəyə start verilib. Layihənin əsas məqsədi, region gəncləri arasında müxtəlif əyləncəli, məntiqi və intellektual yarışlar təşkil etməklə, gənclərdə cəld və düzgün qərar qəbul etmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq və intellektual şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir.
Layihə Ağcabədi rayonu uzrə 10 şəhər və 6 kənd (Gələbədin, Boyat, Şərəfxanlı, Xocavənd,
Qalib komanda diplom və kubok, ilk 3 yeri qazanan iştirakcılar isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Hazırda layihə çərcivəsində maarifləndirici goruşlər yekunlaşıb və kənd məktəbləri uzrə seçim turları başa çatmışdır. Secim turuna hər məktəb uzrə məktəblərin 8-11 sinif şagirdlərindən təşkil olunmuş və hər birində 6 iştirakcı olan 4 komanda qatılmışdır. Kənd məktəbləri urzə kecirilən secim turalrının nəticələrinə əsasən Gələbədin kənd orta məktəbini “Gələbədin” komandası və fərdi raundun qalibi Baxışəliyeva Solmaz, Şərəfxanlı kənd orta məktəbini “Zəka” komandası, Boyat kənd orta məktəbini “Zəkalar” komandası, Cəfərbəyli kənd orta məktəbini “Uğur” komandası və fərdi raundun qalibi Atakişiyeva Nərmin, Mehrablı kənd orta məktəbini “Xocalı” komandası və fərdi raundun qalibi Qarayev Ehtiram, Xocavənd kənd orta məktəbini isə “Bilik” komandası və fərdi raundun qalibi Quluyeva Nərgiz 27 aprel 2015 tarixində Ağcabədi şəhər Muğam evində keçiriləcək finalda öz məktəblərini təmsil edəcəklər və artıq şəhər məktəbləri arasında seçim turuna start verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21330″ id=”21330″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]