[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed36.jpg” ]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Bakının Binəqədi rayonunda baş tutub. Yüz nəfərə
yaxın gəncin iştirakı ilə baş tutan tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini və layihə barəsində məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində bu günə kimi Şəmkir, Qəbələ və Salyan rayonlarında yüzlərlə gəncin iştirakı ilə konfranslar keçirilib və Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı şeir, mahnı, rəsm və respublikamızın gənc jurnalistləri arasında yazı müsabiqəsi elan edib. TUMİB sədri bildirib ki, layihənin məqsədi gənclər arasında Azərbaycançılıq məfkurəsini daha çox təbliğ
etmək, ölkəmizdə vətənpərvər ruhlu gənclərin yetişməsinə təkan verməkdir.
Ç.Bayramov həmçinin gənclər arasında vətənpərvərlik təbliğatının aparılmasının vacibliyindən danışıb. Salonda əyləşən gənclərə müraciət edən TUMİB sədri onları ayıq-sayıq olmağa və yad ideologiyaların təsirinə düşməməyə çağırıb.
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Tanınmış jurnalist beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalına göz yumduğuna diqqət çəkərək, 1 milyon insanın doğma yurd-yuvasından didərgin düşməsini qeyri-insani hərəkət adlandırıb. Tədbir iştirakçılarını diaspora təşkilatları ilə əməkdaşlığa səsləyən S.Verdizadə deyib ki, gənclərimiz yalnız müxtəlif xarici dilləri yüksək səviyyədə öyrənməklə Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilərlər.
Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Şərafəddin Şərifov və digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşblər. Onlar Ulu öndər Heydər Əliyevin müdrik kəlamı olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” Azərbaycaçılıq məfkurəsinin əsasını təşkil etdiyini diqqətə çatdırıblar. Prezident İlham Əliyevin sözlərini xatırladan natiqlər son on ildə Azərbaycançılıq məfkurəsinin daha da sistemləşdirildiyini bildiriblər.
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb və tədbir iştirakçıları TUMİB-in diplomları ilə təltif ediliblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21215″ id=”21215″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]