[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-324.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Fəlsəfə Məktəbi” adlı layihə həyata keçirilir. “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin həyata keçirdiyi bu layihə çərçivəsində İsmayıllı və Zərdabda gənclərlə görüşlər keçirilib, onlar üçün təlimlər təşkil olunub. Bu barədə məlumat verən Birliyin sədri Səbinə Abbasova bildirib ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclərdə müasir dünyagörüşün formalaşmasına çalışmaq, onları gələcəkdə qarşılaşacağı problemlərə hazırlıqlı vəziyyətə gətirməkdir:
“Biz layihənin 1-ci mərhələsində bu sahədəki mövcud problemləri araşdırıb, bununla bağlı təlim materialı hazırladıq. Daha sonra isə gənclərlə görüşlər keçirərək, “fəlsəfə məktəbi” ni təşkil etdik.
Gənclər arasındakı fikir və dünyagörüşü ziddiyyətlərinin aradan qaldırılması, gənclərin gələcək psixoloji tramvalardan, depresiyalardan və zorakılıqlardan sığortalanması, özəl mövzulara dair müvafiq bilgilərin gənclərə çatdırılması, gənclərin sıx və faydalı mütaliəyə sövq edilməsi, onlarda müxtəlif məişət vərdişlərinin inkişaf etdirilməsi, gənclərin asudə vaxtlarının düzgün təşkili, əyləncəvi- intelektual oyunların təbliği və isdedadlı gənclərin əsərlərində fəlsəfi baxışların yaranması layihəmizin əsas vəzifələrindəndir”.
Qeyd edək ki, “Gənclərin Fəlsəfə Məktəbi”i layihəsinin təlimçisi gənc yazar Qurbanəli Ömər, eksperti isə Nailə İsmayılovadır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21186″ id=”21186″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]