[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/Untitled.png” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Yevlax və Mingəçevir rayonlarında “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusu üzrə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” lahiyəsinin icrasına start verildi. Layihənin müddəti 3 aydır (aprel – iyun 2015-ci il). Ərizə vasitəsilə seçilən gənclər üçün may ayından etibarən 8 günlük təlim-məlumatlandırma sessiyaları keçiriləcək. Təlimlərin əsas mövzusu müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaqdır. Vətənpərvərlik tərbiyəsinin əsas məqsədi vətəndaşlıq borcunu yerinə yetirməyə can atan mənəvi, psixoloji və fiziki keyfiyyətlərə malik olan insan tərbiyə etməkdir.
Vətəndaşlıq hissi vətənpərvərliyin ən yüksək forması olub, fərdin dövlət qarşısında öz hüquq vəzifələrini başa düşməsidir. Vətəndaşlıq hissi olan şəxs öz ətrafında vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir.
Layihə Yevlax və Mingəçevir rayonlarında gənclər və yeniyetmələri əhatə edəcək, məktəblərdə və digər yerlərdə keçirilən kütləvi tədbirlərdə bilavasitə iştirak edən minlərlə gənc, onların valideynləri, dolayısı ilə şəhər və qəsəbələrin bütün əhalisi faydalanacaq.