[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-215.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Birliyin Yasamal rayon yerli şöbəsi və “XAN- CİNAR” karate idman klubu ilə birgə “Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik işlərinə cəlb olunma qaydaları və üsulları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə acan Layihə üzrə təşkilat komitəsinin üzvü Yasamal rayon yerli şöbənin müdiri A. Quliyev ətraflı çıxış edərək bildirmişdir ki, son zamanlar yeniyetmə və gənclər arasında müxtəlif fikir ayrılığı mövcudur. Açıq demək lazımdır ki, uşaqların əksəriyyəti oynamaq və əylənməyə üstünlük verir. Belə meylər həm evdə həmdə ictimaiyyətdə özünü büruzə verir, ona görə ki, efir məkanımız vətənpərvərlik mövzularına çox az yer ayrılır. Telefiziya kanallarında ancaq Şou proqramlar çox yer ayrılır ki, bu da yeniyetmələrin çalıb oynamağa meylinin artmasına gətirib çıxarır. Efir bir ailədir yəni primitiv verlişlərin yerinə milli qəhrəmanlarımızın sücayyətlərindən danışsalar və filimlər göstərsələr yeniuyetmə və gənclərdə vətənpərvərlik hissləri artar deyən A.Quliyev layihələrin qiymətləndirilməsinə görə Gənclər Fonduna GVB-n Yasamal rayon yerli şöbəsinin adından öz təşəkkürünü bildirdi.
Tədbirdə həmçinin “XAN-CİNAR” karate idman klubun baş məşqiçisi R. Nəcəfov, layihə köməkçisi N. Quliyev, idman veteranı S .Əliyev, könüllü ekspert T. Səfərov, KKF-n söz təmsilçisi E. Əliyev, VKC üzrə Azərbaycan karate fedrasiyasının təmsilcisi A.Əkbərov və Yasamal rayon ictimaiyyətinin nümayəndəsi İ. Əliyev, E. Cabbarov və başqaları çıxış edərək bu yönümlü layihələrin keçirilməsinin vacibliyindən söz acıb.
Sonra layihə rəhbəri M.Əliyev qeyd etdi ki, hərbi vətənpərvərliklə bağlı müvafiq dərnəklərin acılması vacibdir. Tədbir diskusiyalarla davam etdirildi və yerlərdə vətənpərvərlik sahəsində maarifləndirmə işlərinin aparılması, vətənpərvərlik mövzusuna uyğun maarifləndirici buklet və braşuralar çap olunub paylanması tövsiyə olundu və qeyd olundu ki, bu sahədə tədbirlər rayon bölgələrində, qaçqın və məcburi köçkün şəhərciklərində davam etdirilməsi məsləhət görüldü.
Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Vətənpərvərlik mövzuları ilə bağlı maarifləndirici bukletlər Heydər Əliyevin şəkili olan döş nişanı və informasiya materiları paylanıb.
Tədbirdə idman ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, məşqçilər və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər iştirak ediblər.
Tədbir Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində həyata keçirmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21053″ id=”21053″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]