[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-46.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlət rəmzləri – milli dəyərlərimizdir” adlı layihənin təqdimatı baş tutdu. Təqdimat mərasimində təşkilatın üzvləri ilə yanaşı, Quba rayon İcra Hakimiyyətinin məsul işçisi Rəxşəndə Bayramova, KİV nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Təqdimatı giriş sözü ilə açıq elan edən təşkilatın sədri Ramin Xudayev bildirdi ki, hal hazırda icrasına başlanılan bu layihə günümüzün vacib tələblərindəndir. Belə ki, hər bir gənc dövlət rəmzlərini təanımaqla yanaşı eyni zamanda onların mahiyyətini dərk etməli və öz milli atributlarını bütün atributlardan çox sevməlidir.
Daha sonra Quba rayon İcra Hakimiyyətinin məsul işçisi Rəxşəndə Bayramova çıxış edərək layihənin vacibliyini diqqətə çatdırdı. Qeyd etdi ki, Dövlətimizi xaricdə məhz bu atributlara görə tanıyırlar.
“Yurd Gənclərin İntellektual İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ramin Mahmudovun çıxışı zamanı Azərbaycan idmançılarının qələbəsi zamanı Dövlət Himnimizin səsləndirilməsini və bayrağın yüksəkliklərə qaldırılmasını xüsusi bir şərəf olduğunu bildirdi. O, qeyd etdi ki, bu anı yaşamaq hər bir azərbaycanlı üçün qürurvericidir. Hətta yer tutan idmançılarımız belə bu anda göz yaşlarını gizlədə bilmirlər.
Sonda KİV nümayədələrinin sualları cavablandırıldı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21012″ id=”21012″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]