[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed15.jpg” ]
“Atəşgah” İntellektual Oyunlar Klubu, Azərbaycan İntellektual Oyunlar Federasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, eləcə də Birləşmiş Avropa Klubların dəstəyi ilə beynəlxalq intellektual festival təşkil edəcəkdir.
Festival 11-12 aprel 2015-ci il tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçiriləcəkdir. Turnirdə 25 komandanın iştirakı planlaşdırılır. Festivalın proqramına “Nə? Harada? Nə zaman” və “Xəmsə” milli intellektual oyunu üzrə yarışlar daxildir. Turnirin top-redaktoru azərbaycanlı bilici Roman Orkodaşvilidir. Məhşur belaruslu bilici Ales Muxin isə turnirin aparıcısı olacaqdır.
Festivalın Təşkilat Komitəsinin rəhbəri İlkin Yetirmişlinin sözlərinə görə festival xarici ölkələrdən olan bilicilərin Azərbaycanın tarixi və mədəni irsi məqsədi ilə tanış olunması məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, “Atəşgah” İntellektual Oyunlar Klubu Gənclər Fondunun dəstəyi ilə artıq sayca üçüncü olan beynəlxalq layihə həyata keçirir. İlk analoji tədbirdə Latviyanın paytaxtı Riqa şəhərində MDB və Avropa ölkələrindən olan intellektual komandalar iştirak etmişdi. İkinci yarış isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş və bilicilər tərəfindən yüksək qiymətləndirilmişdi.