[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/03/unnamed6.jpg” ]
“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 13 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İmişli rayonunda “Baki 2015” ilk Avropa Oyunları ilə bağlı müxtəlif əhali qrupları arasında məlumatların artırılması mövzüsünda tədbir keçirdib. İmişli rayon Gənclər Mərkəzində kecirilən tədbirdə əhalinin müxtəlif təbəqələri, əsasən tələbələr, və idmançı gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə rayon gənclər mərkəzinin direktor müavini Ramin Fərəcov acaraq, iştirakcıları salamladı və tədbirin iştirakcılarına Olimpiya haqqında qısa məlumat verdi. Sonra söz “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Qəribova Həbibəyə verildi. Sədr ilk Avropa Oyunları haqqında, onun keciriləcəyi məkanlar, idman növləri, iştirakcıların sayı, iştirakcı ölkələr haqqında geniş məlumat verdi. Tədbirdə video rolik nümayiş etdirildi. Rolikdə ilk Avropa Oyunlarının açılış-bağlanış məkanı Milli Olimpiya Stadionu, və idman növlərinin keciriləcəyi obyektlər izahlı şəkildə nümayiş etdirildi. Sonra tədbir iştirakcıları ilə İctimai Birliyin nümayəndələri arasında dialoq və sual-cavab oldu. Tədbirin sonunda iştirakcılara ilk Avropa Oyunları haqqında hazırlanmış bukletler, üstü yazılı köynək və papaqlar paylanmışdır. Tədbirdə İmişli rayon İcra Hakimiyyəti nümayəndəsi Asif Abışov iştirak edib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20757″ id=”20757″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]