[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/03/unnamed4.jpg” ]
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühitin mühafizəsi foto materiallarda” adlı layihənin icrasına başlayır.
Layihənin məqsədi foto materiallar vasitəsilə gənclərdə ətraf mühitin mühafizəsinə yaradıcı yanaşma bacarıqları formalaşdırmaqdır. Azərbaycanın Şəki-Zaqatala regionundan olan 15-30 yaşarası 20 nəfər gənc lideri seçərək onlara təlim təşkil etmək, sosial media vasitəsilə gənclərin ətraf mühitin mühafizəsinə yönələn müzakirələrinə şərait yaratmaq, gənclərin yaşadıqları ərazilərdəki ekoloji vəziyyəti digər insanların diqqətinə çatdırmalarına yardım etmək layihənin əsas vəzifələridir.
Bu məqsədlə Şəki şəhərində 3 günlük təlim təşkil ediləcəkdir. Bu təlimdə gənclər ətraf mühitin mühafizəsi, yaşadıqları ərazilərdəki ekoloji vəziyyət və onu necə foto vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmaq sahəsində bilik və bacarıqlar əldə edəcəklər.
Təlimdən sonra eko-foto müsabiqə elan olunacaqdır. Müsabiqə ilə bağlı məlumatlar internet resurslar, sosial media vasitəsilə gənclər arasında yayılacaqdır. Müsabiqəyə gənclər yaşadıqları ərazidəki ekoloji vəziyyəti özündə əks etdirən foto materiallar hazırlayaraq təqdim edəcəklər. Münsiflər heyəti tərəfindən seçilmiş 3 ən yaxşı foto material müəllifi qiymətli hədiyyələrlə təltif ediləcəkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir və 4 ay müddətində həyata keçiriləcəkdir.