[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed25.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəfiqə Əhmədova tərəfindən həyata keçirilən “Əsrlərdən miras qalmış incə sənətimiz” adlı layihəyə start vermişdir. Layihə fevral ayının 1-dən may ayının 1-ə qədər davam edəcəkdir. Layihənin məqsədi istedadlı gənclərin inkişafına dəstək olmaq, dekorativ-tətbiqi sənətə gənclərin və ictimaiyyətin marağını artırmaq və bu sənət üsulu vasitəsilə milli dəyərlərimizi gənclər arasında təbliğ etməkdir.
Qeyd edək ki, 3 ay davam edəcək layihədə hazırlıqlar zamanı hazırlanacaq əl işlərinin sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. Gənclərimizə və ictimaiyyətə təqdim olunacaq “əl isləri” milli dəyərlərimizin təbliğ edilməsində, gənclərin mənəvi tərbiyəsində, xalqımıza məxsus olan dekorativ-tətbiqi sənətin görünüb və inkişaf etməsində, gələcək nəsillərə çatdırılmasında sərginin rolu olacaq.
Əlavə məlumat üçün:
E-mail: [email protected]