[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed22.jpg” ]
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Cəbrayıl Rayonu 7 saylı qəsəbədə “Vətənpərvər gəncliyin formalaşması” adlı layihə çərçivəsində təlim keçirib. Təlimi giriş sözü ilə açan Cəbrayıl Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Məstəliyev regionlarda belə təlimlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. E.Məstəliyev qeyd etdi ki, xalqımız tarixdə daim qəhrəmanlıqları ilə yadda qalıb və gənclərimiz vətən torpaqlarını azad etməyə daim hazırdır.
Sonra çıxış üçün söz Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayevə verildi. N.Mustafayev çıxışında qeyd edərək bildirdi ki, gənclərimiz daima öz vətənpərvərliyi, milli-mənəvi dəyərlərə sadiqliyi ilə fərqlənmişdr. “Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir”.
Daha sonra təlimçi Tofiq Əzizov mövzu ilə bağlı gənclərə geniş məlumat verdi. Təlimçi ölkədə vətənpərvərlik təbliğatının dövlət tərəfindən dəstəkləndiyini və bununla bağlı proqramlar həyata keçirildiyini bildirdi. Təlimdə gənclərə vətənpərvərlik anlayışı, müasir dövrdə qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılması, Azərbaycanın dövlətçilik tarixi, millətimizin formalaşması prosesi, beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və.s haqqında məlumatlar verilib. İştirakçılarla diskussiya şəraitində keçirilən təlimdə gənclər maraqlı təşəbbüslərlə çıxış ediblər. Mehtili kənd tam orta məktəbin müəllimi Hidayət Səfərli ucqar rayonlarda belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu, gənclərin formalaşması prosesində milli dəyərlərin təsirinin müsbət olduğunu qeyd edib. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş kitab, buklet, üzərində Gənclər Fondunun və “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb. Layihə çərçivəsində növbəti təlimlər Ağcabədi, Laçın və Ağdam rayonlarında davam etdiriləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20671″ id=”20671″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]