[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/Untitled.png” ]
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yaşıl məkan: gənclərin şoranlaşmaya qarşı mübarizəsinin təşkili” layihəsinə start vermişdir. Layihə 01 fevral – 30 aprel 2015-ci il tarixləri çərçivəsində həyata keçiriləcək.
Layihənin məqsədi torpaqların şoranlaşmaya məruz qaldığı Ucar, Zərdab, Ağdaş, Göyçay rayonlarında yerli gənclər, gənc kənd icma üzvləri, yeni nəsil torpaq istifadəçıləri arasında maarifləndirici tədbirlər həyata keçirməklə şorlaşmanın və eroziyanın əsas səbəbləri, mənfi nəticələrini və onlarla mübarizə tədbirlərinin həyata keçirilməsinin konkret yollarını gənclərə izah etmək; torpaqların şoranlaşmadan qorunması və münbitləşdirilməsi ilə bağlı gənc alimlərin yeni ixtiralarının təqdimatını keçirməklə torpaqların deqradasiyasının qarşısının alınması məsələsini geniş ictimaiyyətin diqqətinə çıxarmaqdır. Layihənin vəzifələrinə daxildir: torpaqların deqradasiyaya məruz qaldığı Ucar, Zərdab, Ağdaş, Göyçay rayonlarında gənclər, yeni nəsil torpaq istifadəçiləri üçün seminarların keçirilməsi və ekoloji maarifçilik fəaliyyətinin genişləndirilməsi; əkinə yararlı torpaqların və ətraf mühitin qorunması ilə bağlı layihənin həyata keçirildiyi rayonlarda yerli gənclər, yeni nəsil torpaq istifadəçiləri arasında təbliğat şəbəkəsinin qurulması; torpaqların deqradasiyadan qorunması və münbitliyinin əldə edilməsi ilə bağlı gənc alimlərin yeni ixtiralarının təqdimatlarının keçirilməsi.
Layihədə əsas hədəf qrupları kimi region gəncləri, yeni nəsil torpaq istifadəçiləri, gənc fermerlər nəzərdə tutulur. Hər bölgədən 90 nəfər seçiləcək və seminarların işinə cəlb ediləcək və beləliklə layihənin ilkin nəticələrindən birbaşa 360 gənc, sonradan isə elektron resursların fəaliyyəti, elektron KİV-lərdə və sosial şəbəkələrdə aparılan təblığat nəticəsində faydalananların sayı 3000 nəfər artacaq.
Artıq layihə heyəti regionlarda gənc torpaq istifadəçiləri, fermerlər üçün seminarların keçirilməsi ilə bağlı hazırlıq işləri aparır.