[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed-27.jpg” ]
Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilmişdir. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının mühüm məsələlərdən biri kimi dəyərləndirilir. 2011-ci ildə qəbul edilmiş “Sosial xidmət haqda” Azərbaycan Respublikası qanunun tətbiqi sayəsində məişət zorakılığından əziyyət çəkən şəxslərə sosial, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi məqsədilə icma əsaslı xidmətlərin yaradılması daha geniş vüsət almağa başlamışdır. Belə ki, 2011-ci ilin avqust ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyinin Uşaq müdafiəsi və De-institusionalizasiya idarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Bakıda “Zorakılıq və Cinayət Qurbanı olmuş Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi” yaradılmışdır. Fəaliyyət göstərdiyi üç il ərzində mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 250-dən çox uşaq reabilitasiyaya cəlb edilmişdir. Reabilitasiya keçən uşaqların 65%-dən çoxu məhz məişət zorakılığından zərər çəkmişdir.
Regionlarda zorakılıq qurbanı olmuş uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Ucar Rayon İcra Hakimiyyəti və Ucar Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Ucar rayonunda “Məişət zorakılığının qurbanı olmuş uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi” təsis edilmişdir. Yaradılmış mərkəz cinsi, fiziki, psixoloji və emosional zorakılıq, habelə etinasızlıqla üzləşmiş, istismar, o cümlədən, əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilmiş, işgəncə, kobud və alçaldıcı rəftar və məcburi yerdəyişməyə məruz qalmış və valideynləri və ya digər ailə üzvlərinin itkisindən psixoloji sarsıntı keçirmiş uşaq və gəncləri, habelə onların ailələrini sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edəcəkdir.
2015-ci ilin mart ayınadək davam edəcək bu layihə çərçivəsində Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə Ucar, Şirvan, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Yevlax və Bərdə rayonlarında təlimlər həyata keçirmişdir.
Növbəti təlim 04-05 fevral 2015-ci il tarixlərində Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Gənclər Evində təşkil edilmişdir. Təlimdə İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndələri, Təhsil şöbəsinin nümayəndələri, şəhər üzrə məktəblərin müəllim və psixoloq heyəti, Əhalinin Sosial Müdafiə Mərkəzinin işçiləri və həkimlər iştirak etmişdirlər. Təlim zamanı iştirakçılara məişət zorakılığının profilaktikası və zorakılığa məruz qalmış uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşkilinə dair məlumatlar verilmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20577″ id=”20577″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]