[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed10.jpg” ]
“Könüllü Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərlə Gələcəyə” adlı layihəsinə start vermişdir. Layihə yeniyetmə və gənclərin iştirakı ilə 01 fevral – 30 aprel 2015-il tarixləri arasında Bakı şəhəri və Zərdab rayonunda həyata keçiriləcəkdir.
Layihənin məqsədi – yeniyetmə və gənclərdə sosial fobiyanın aradan qaldırılması, kütlə qarşısında nitq mədəniyyətinin formalaşdırılması və düzgün ünsiyyət vasitələrindən o cümlədən bədən-dillərindən doğru istifadə edərək cəmiyyətdə öz layiqli yerlərini tutmaları üçün maarifləndirmə işini həyata keçirməkdir.
Layihə çərcivəsində öncəliklə iştirakçılara mütəxəssislər və təlimçilər tərəfindən aşağıdakı mövzularda seminarlar veriləcəkdir.
- Sosial fobiyanın zərərləri
- Virtula aləmdən düzgün istifadə qaydaları
- Real kimlik
- Ümumi bədən-dili
- Liderlərin bədən-dili
- Təsirli nitqin əhəmiyyəti
- Həyacan və gərginliyi idarə etmək
- Yaradıcı düşünmə
Təlimlərdə müasir dövrün problemlərindən biri olan virtual münasibətlərin artması və bəşəri münasibətlərin azalması, vaxtın əksər hissəsini sosial şəbəkələrdə keçirən gəncin problemləri də müzakirə mövzusu olunacaqdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20574″ id=”20574″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]