[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed5.jpg” ]
Bakı Gənclər Klubu İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı 2015: Qədim tariximiz və zəngin mədəniyyətimiz” adlı layihəsinə start vermişdir. Layihə 18-25 yaş arası müxtəlif xarici dil biliklərinə malik olan bir qrup gəncin iştiraki ilə, 01 fevral – 01 may 2015-il tarixlərində həyata keçiriləcəkdir.
Layihənin məqsədi – gənclərimizin bələdçilik sahəsinə marağlarını artırmaq və “Bakı-2015” ilk Avropa oyunları yarışması zamanı ölkəmizə gələn turistlər üçün müasir tələblərə cavab verən, tariximiz, mədəniyyətimiz, tarixi və mədəni abidələrimiz haqqında biliklərə malik olan və təbliğ etməyi bacaran bələdçilər hazırlamaqdır.
Layihədə tarixçi, bələdçi və psixoloq ekspertlər iştirak edəcək, layihə iştirakçılarına tarixi şəxsiyyətlərimizin həyat və yaradıcıllıqları, Bakı və digər şəhərlərimizdə yerləşən tarixi abidələrimiz və mədəniyyətimiz haqqında məlumatlar nəzəri və praktiki təlimlər zamanı veriləcəkdir. Həmçinin, layihə çərçivəsində Şəki, Qəbələ, Qax və Oquz rayonlarında yerləşən tarixi məkanlara səfərlər təşkil olunacaq. Layihənin sonunda hazırlanmış bələdçilərin xidmətlərindən yararlanmaq üçün “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinə məlumat veriləcəkdir.
“Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB “Azərbaycan Kiber İdman Federasiyası”, “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təsisçisi və fəal üzvüdür. Birliyin əsas məqsədi – gəncləri öz ətrafında toplamaq, asudə vaxtlarını səmərəli təşkil etməsi, istedadlı və yaradıcı gənclər arasında əlaqələrin inkişafına kömək etməkdən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20542″ id=”20542″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]