[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/14230642554322019185_750x500.jpg” ]
2015-ci ilin 4 fevral tarixində Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidentlərinin 50-ci beynəlxalq görüşünün açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən görüşdə Avropanın 28 ölkəsindən 61 rəhbər nümayəndə olmaqla 150 gənc hüquqşünas iştirak edir.
Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, ELSA Beynəlxalq İdarə Heyətinin sədri Armin Khoshneviszade, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev və Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev iştirak etmişdir.
Vüsal Quliyev diqqətə çatdırıb ki, ELSA-nın Azərbaycan nümayəndəliyi ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərir, müxtəlif layihə və təşəbbüslərlə çıxış edir. O, ELSA beynəlxalq təşkilatının və qurumun Azərbaycan nümayəndəliyinin bundan sonra da təşəbbüskarlığı davam etdirəcəyinə əminliyini bildirib.
Azərbaycanın gənclər ölkəsi olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev respublikamızda bu sahədə reallaşdırılan layihələr, əldə edilmiş nailiyyətlər və həyata keçirilən gənclər siyasəti ilə bağlı məlumat verib.
Tədbirin ikinci günü Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun baş məsləhətçisi Babək Məmmədzadə tərəfindən xarici tələbələrə Fondun fəaliyyəti ilə bağlı təqdimat nümayiş etdirilib.
Xatırladaq ki, beynəlxalq görüş 8 fevral tarixinə qədər davam edəcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20526″ id=”20526″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]