[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/02/unnamed-11.jpg” ]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasına start verib.
Bu gün Trend Müstəqil İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında TUMİB sədri Çingiz Bayramov 2 fevral Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib. Ç.Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsilə bağlı imzaladığı Sərəncam haqqında danışıb: “Bu Sərəncam Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının göstəricisidir. Ölkəmizin bütün gənclərini yaxından düşündürən problemlər strategiyada öz əksini tapıb. İnanıram ki, azərbaycanlı olmaq şərəfinə nail olan hər bir gənc bu müqəddəs adı daha da yüksəltmək üçün tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcəkdir”.
Daha sona natiq layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin davam edəcəyi 3 ay müddətində müxtəlif seminarlar və müsabiqələr təşkil olunacaq. Gənclərin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı lazımi səviyyədə maarifləndirilməsi üçün Bakı, Şəmkir, Qəbələ və Salyan şəhərlərində təlimlər keçiriləcək.
Milli Məclisin üzvü Prof. Musa Qasımlı çıxış edərək ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı şüarının Azərbaycançılıq məfkurəsinin təməlini təşkil etdiyini bildirdi. Natiq daha sonra Azərbaycançılığın etnik mənşəyindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını əhatə etdiyini, iqtidar və müxalifət düşüncəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağın vacibliyini göstərdi.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Azərbaycan Respublikasının Dövlət Rəsm Qalereyasının direktor müavini İlqar İlyasov, TUMİB –in İdarə Heyətinin üzvü Seymur Verdizadə və TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov çıxış edərək bildirdilər ki, gənclərin elmi, mənəvi, dini və ictimai baxımdan maariflənmələri üçün bu layihənin əhəmiyyətini göstərdilər və Prezident İlham Əliyevin “Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi!” şüarının bu layihənin təməl prinsipini təşkil etdiyini qeyd etdilər.
Eyni zamanda layihədə 18-29 yaşları olan gənclərə Vətənə məhəbbət hissinin və milli şüurun aşılanması məqsədilə vətənpərvərlik ruhunda şeir, mahnı, rəsm müsabiqələri, eləcə də gənc jurnalistlər arasında yazı müsabiqəsinin təşkili nəzərdə tutulub. Müsabiqələrdə qalib gələnlərə mükafatlar və diplomlar təqdim ediləcəkdir.
Müsabiqəyə təqdim edilən əsərlər Azərbaycanın tanınmış ziyalılarından ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir.
Müsabiqənin şərtləri:
Müsabiqənin keçirilmə tarixləri: 01.02.2015–01.05.2015–ci il
Şeir:
18-29 yaşlı gənclər müsabiqəyə qatıla bilər. “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” mövzusunda şeir yazan gənclər iştirak edə bilər.
Mahnı:
18-29 yaşlı gənclər müsabiqəyə qatıla bilər. “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” mövzusunda ifaçı gənclər iştirak edə bilər.
Rəsm:
18-29 yaşlı gənclər müsabiqəyə qatıla bilər. “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” mövzusunda rəsm çəkən gənclər iştirak edə bilər.
Yazı müsabiqəsi:
18-29 yaşlı gənclər müsabiqəyə qatıla bilər. “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” mövzusunda gənc jurnalistlər iştirak edə bilər. Məqalə dövrü mətbuatda dərc olunduqdan sonra müsabiqəyə təqdim edilməlidir.
1-ci yerin qalibinə -150 manat
2-ci yerin qalibinə -100 manat
3-cü yerin qalibinə – 50 manat
4-cü yerin qalibinə isə -50 manat
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20498″ id=”20498″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]