[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/01/unnamed-26.jpg” ]
Fiziki şəxs Qafarov Mehrab Qüdrət oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaşıl Azərbaycan naminə İDEA” layihəsinin icrası çərçivəsində növbəti tədbir Yevlax rayon kitabxanasında gənclər arasında həyata keçirilib.
Ekoloji vəziyyətin yaxşılaşdırılması yalnız insanların ətraf mühitə münasibətinin dəyişdiyi halda mümkündür. Bu da məlumatlılığın və ictimai ekoloji məsuliyyətin artırılması olmadam mümkün deyil. Məhz təbiətə qayğı ilə münasibət bəsləməni tərbiyə etmək üçün həm böyüklərdə, həm də uşaqlarda ekoloji məsuliyyətin formalaşması zəruridir.
Ətraf mühitin mühafizəsi, insanların sağlamlığı Azərbaycan dövlətinin ekoloji siyasətinin prioritet istiqamətlərindən biridir. Həyata keçirdiyimiz layihə bu istiqamətdə olduqca davamlı layihədir. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasına dəstək məqsədilə layihə çərçivəsində Bərdə, Ucar və Yevlax rayonlarında könüllülərin ətraf mühit məsələləri ilə bağlı biliklərinin inkişaf etdirilməsi məqsədilə xüsusi təlimlər təşkil olunmuş, ağacəkmə aksiyaları keçirilib. İlk öncə gənclərə 2010-cu ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Ekologiya ili” elan olunmasından sonra respublikamızda gedən yaşıllaşdırma prosesinin məqsədindən danışılmış və bununlada gənclərin üzərinə məsuliyyətli işin qoyulduğu izah olunub.
Gənclər ağacəkmə kampaniyasının ilk tədbirində böyük həvəslə iştirak ediblər. Onları bu işə təşəbbüsün Azərbaycan gənclərinin lideri Leyla Əliyeva tərəfindən irəli sürülməsi ruhlandırıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20443″ id=”20443″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]