[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/01/unnamed-7.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Neftçi mühəndislərin təcrübə məktəbi” layihəsinə yekun vuruldu.
3 aya yaxın davam edən layihənin məqsədi, neft-qaz mühəndisliyi sahəsində təhsil alan və almış gənclərin şəbəkəsini formalaşdırmaq, onlara real iş mühitini, mühəndis həyatını aşılamaq olub.
Layihə çərçivəsində seçilən iştirakçılara SOCARın, Hallilburtonun, Baker Hughes kimi neft şirkətlərinin təcrübəli mühəndis-təlimçiləri tərəfindən seminarlar keçirildi, iştiakçıların ABŞ neft kompaniyası olan Hallilburtonun Bakı ofisinə səfəri təşkil olundu. Layihənin sonunda isə Bakı Ali Neft məktəbinin Neft-qaz kafedrasının rəhbəri, prof. Arif Məmməd-zadə ilə görüş təşkil olundu, görüşdə prof. Məmməd-zadə layihə iştirakçıları ilə səmimi söhbət əsnasında öz zəngin təcrübəsini bölüşdü və iştirakçılara sertifikatlar təqdim olundu.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20384″ id=”20384″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]