[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/01/unnamed-22.jpg” ]
“Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyasına və onların reabilitasiyasına yardım etmək məqsədilə “Cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyası və onların reabilitasiyası işinin təşkili” layihəsini icra edir.
Bu məqsədlə, 2014-cü il 19 dekabr tarixində Göyçay Rayon İcra Hakimiyyətinin köməkliyi ilə Göyçayda “Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyası” mövzusunda regional tədbir keçirilmişdir. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə, polis və digər dövlət orqanlarının əməkdaşları, gənclər, gənclər təşkilatları, QHT və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin, o cümlədən bu qəbildən olan gənclərin hüquqları, bu sahədə mövcud qanunvericilik, o cümlədən “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun və mövcud problemlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmiş, mövcud problemlərin həllinə dair təkliflər və tövsiyələr irəli sürülüb.
Təşkilat tərəfindən adıçəkilən Qanunun təbliği və cəza çəkməkdən azad edilən gənclərin maarifləndirilməsi məqsədi ilə nəşr edilmiş “Cəza çəkməkdən azad edilən gənclərin sosial adaptasiyası və reabilitasiyası” adlı kitab və “Cəza çəkməkdən azad edilmiş gənclərin hüquqları!” adlı bukletlər tədbir iştirakçılarına paylanılıb. Ümid edirik ki, bütün bu göstərilən fəaliyyətlər cəmiyyətin keçmiş gənc məhkuma mənfi münasibətinin dəyişilməsi istiqamətində öz töhfəsini verəcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20377″ id=”20377″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]