[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/unnamed-214.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sülh Mədəniyyəti Naminə Gənclər” İctimai Birliyi tərəfindən icra olunan “Gənclərin sahibkarlıq bacarıqlarının və məşğulluğunun artırılması” adlı layihə 16 iyun 2014-cü ildən 16 dekabr 2014-cü il tarixinədək dövrü əhatə edib. Qeyd olunan layihənin əsas məqsədi gənclər üçün təlimlərin təşkil edilməsi yolu ilə gənclərin sahibkarlıq bacarıqlarının və məşğulluğunun artırılması işindən ibarətdir. Layihənin məqsədinə nail olmaq üçün gənclərin potensial ehtiyaclarının və peşə səriştələrinin təhlilinin aparılması, gənclərin sahibkarlıq bacarıqları üzrə potensialının gücləndirilməsi məqsədilə onlar üçün Gəncə, Şəki və Mingəçevir şəhərlərində 2 günluk olmaqla 6 təlim keçirilmişdir. Təlimlərə ümümilikdə 100 yaxın gənc cəlb olunub. 20.12.2014-cü il tarixidə layihənin yekunu olaraq Bakı şəhərində @Qafqaz Baku City Hotel Residences”də dəyirmi masa keçirilib. Dəyirmi masada Gənclər Fondu, Sahibkarlığa Kömək Milli Fondu, A.R. Gənclər və İdman Nazirliyi, tərəfdaş təşkilat, gənclər və ekspertlər iştirak ediblər. Dəyirmi masada sağlam rəqabət, bazarın araşdırılması, işçilər və məşqulluq mərkəzləri, biznes plan, elektron əmək müqaviləsinin qeydiyyatı, sahibkarların qeydiyyatı, sadələşdirilmiş vergi, ƏDV və ƏDV qeydiyyatı və s. mövzular ətrafında müzakirələr aparılıb. Gənclər üçün təşkilat tərəfindən layihə çərçivəsində hazırlanan və nəşr olunan gənc sahibkarlar üçün məlumat kitabçası və Vergilər Nazirliyi tərəfindən təşkilata təqdim olunub 17-di adda faydalı buklet və kitabçalar dəyirmi masa iştirakçılarına paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20321″ id=”20321″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]