[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/unnamed-212.jpg” ]
Məlum olduğu kimi “Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyasına və onların reabilitasiyasına yardım etmək məqsədilə “Cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyası və onların reabilitasiyası işinin təşkili” layihəsini icra edir.
Bu məqsədlə, 2014-cü il 15 dekabr tarixində Qubada “Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyası” mövzusunda regional tədbir keçirilmişdir. Tədbirdə Ombudsman Aparatının və Müvəkkilin Quba Regional Mərkəzinin nümayəndələri, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşları, gənclər, QHT və KİV təmsilçiləri iştirak etdiblər.
Tədbirdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin, o cümlədən bu qəbildən olan gənclərin hüquqları, bu sahədə mövcud qanunvericilik, o cümlədən “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun və mövcud problemlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib, mövcud problemlərin həllinə dair təkliflər və tövsiyələr irəli sürülüb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20295″ id=”20295″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]