[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/unnamed-261.jpg” ]
11 dekabr 2014-cü il tarixdə saat 16.00-da “Mont İnn” otelinin konfrans zalında “Yol Terroruna Son” layihəsi çərçivəsində çəkilən sosial videoçarxların təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsində qalib gələn layihədir. Videoçarxlar Azərbaycan Respublikasısın Prezidenti yanında Gənclər Fondunun maliyyə və “Çıraq Studio” –nun texniki dəstəyi ilə çəkilib. Açılışda Dövlət qrumlarının nümayəndələri, Media nümayəndələri və Ictimai təşkilatlar iştirak edib. Açılış sözü ilə layihə rəhbəri İsmayıl İsmayılov başladıqdan sonra, Bakı Şəhər DYPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov, Nərmianov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasısın Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Jurnalist Elməddin Muradlı, Hüquqşünas Ərşad Hüseynov və başqaları öz fikirlərinin bildiriblər, son dövrəlrədə ölkə ərazisində baş verən yol nəqliyyat hadisələrinin acı nəticələrindən danışıblar. Filmlər təqdim olunduqdan sonra yaradıcı heyətə uğurlar və gələcəkdədə bu tip layihələrin davamlı olmasını arzu ediblər
Layihənin Məqsədi Azərbaycanda hər gün baş verən və piyadaların ölümü, ən yaxşı halda isə onların ağır xəsarət alması ilə nəticələnən avtoqəzaların qarşısısnın qismən də olsa alınmasında maarifləndirmə işlərini aparılması, əhali arasında o cümlədən həm piyadalarda yol mədəniyyətinin və həmçinin sürücülərdə sürücü mədəniyyətinin formalaşdırılması, qaydalara riayət edilməsini qisməndə olsa təmin etməkdir.
Layihənin Məqsədi Azərbaycanda baş verən bədbəxt hadisələrdə avtoqəzalarda ölüm hallarının azalması olduğunu nəzərə alsaq, nəticənin daha böyük olması gözləntilərimimzin əsasını təşkil edir. Layihənin davamı olaraq gələcəkdə bu tip layihnin daha geniş coğrafi ərazidə , regionlrda, ali və orta ixtisas təhsil müəssələrində, dövlət və özəl müəssisələrdə keçirməyi nəzərdə tuturuq.
Layihə çərcivəsində 3 qısa metrajlı sosisal video çarx hazırlanıb, bundan əlavə maarifləndirici buklaet,flayer və kitabçalar çap olunaraq və əhalinin sçx olduğu yerlərdə və daha çox qəzaların baş verdiyi ərazilərdə paylanılması məzərdə tutulub. Bu video çarxların televiziyalarda yayımlanması nəzərdə tutulub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20235″ id=”20235″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]