[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/turrma.jpg” ]
«Rezonans» Gənclərin Ictimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Cəza intiqam deyil, cəza tədbiridir” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir noyabr ayının 29-da 15 saylı Cəza Çəkmə Müəsissəsində keçirilib. Layihənin məqsədi həbsхаnаdа оlаn gənclərin yаşаyışı ilə mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqələr qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. CÇM-nin əməkdaşlarının və məhkumların iştiarakı ilə keçirilən tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb. Tədbirdə məhkumluq həyatı yaşamış gənclərin azadlığa çıxdıqdan sonra normal həyata qayıtması, onun sosial reabilitasiyası üçün vacib olan tədbirlərdən, müvafiq strukturlar qarşısında duran vəzifələrdən danışılıb, cəmiyytəimizdə cinayətkarlığın azalması üçün atılması vacib olan addımlar barədə ətraflı müzakirələr aparılıb. Tədbirdə layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş etdirilib. Layihə çərçivəsində mövzu ilə əlaqədar kitab, buklet və CD dövlət orqanlarına təqdim edilib və iştirakçılar arasında paylanılıb.