[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/unnamed-13.jpg” ]
“Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyasına və onların reabilitasiyasına yardım etmək məqsədilə “Cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyası və onların reabilitasiyası işinin təşkili” layihəsini icra edir. Bu məqsədlə, 2014-cü ilin 02 dekabr tarixində “Caspian plaza” otelində, dövlət orqanlarının, Ombudsman Aparatının, hüquqşünasların, beynəlxalq təşkilatların, QHT-lərin və KİV-lərin nümayəndələrinin iştirakı ilə “Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyası” adlı dəyirmi təşkil edilib. Tədbirin keçirilməsində əsas məqsəd “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” 2007-ci il 31 may tarixli Azərbaycan Respublikası Qanununun təbliği, onun tətbiqi vəziyyəti ilə bağlı məlumatın verilməsi və cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin yenidən cəmiyyətdə adaptasiya olunmaları üçün zəruri şəraitin yaradılmasına yardım etməkdən ibarətdir. Layihə çərçivəsində azadlığa çıxan gənclərin maarifləndirilməsi və onlara hüquqi, sosial və psixoloji xidmətlərin göstərilməsi istiqamətində işlər həyata keçirilib. Eyni zamanda adıçəkilən Qanunun təbliği və cəza çəkməkdən azad edilən gənclərin bu sahədə maarifləndirilməsi məqsədi ilə “Cəza çəkməkdən azad edilən gənclərin sosial adaptasiyası və reabilitasiyası” adlı kitab və “Cəza çəkməkdən azad edilmiş gənclərin hüquqları!” adlı buklet nəşr edilib. Ümid edirik ki, bütün bu göstərilən fəaliyyətlər cəmiyyətin keçmiş gənc məhkuma mənfi münasibətinin dəyişilməsi istiqamətində öz töhfəsini verəcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20160″ id=”20160″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]