[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/unnamed-11.jpg” ]
01 sentyabr 2014-cü il tarixindən 3 ay müddətinə fərdi şəxs qismində Babayev Vüsal Osman oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Astara rayon Təhsil şöbəsinin təşkilati dəstəyi ilə Astara rayonunda “Yeniyetmə məktəblilər arasında vətənpərvərlik ideyalarının təbliği” layihəsini icra edir.
Layihənin həyata keçirilməsində məqsəd yeniyetmə məktəblilərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və gələcəkdə onların bu ideyaları digərlərinə təbliği ilə məşğul olmasını təmin etməkdir.
Layihə çərçivəsində Astara rayonunda 7 orta məktəb və Astara Pedoqoji Kollecində 14-18 yaş arası yeniyetmə və gənclər arasında təşkil olunmuş vətənpərvərlik mövzusunda inşa müsabiqəsinin nəticəsi olaraq hər məktəbdən ən uğurlu 5 müsabiqə iştirakçısı müəyyən edilmişdir. 29 noyabr 2014-cü il tarixində Astara şəhər 1, 2, 3, 4 saylı tam orta məktəblərindən, 30 noyabr 2014-cü il tarixində isə rayon Təngərüd, Pensər, Tüləguvan kənd tam orta məktəblərindən və Astara Pedoqoji Kollecindən müəyyən edilmiş 35 nəfərdən yuxarı müsabiqə iştirakçıları üçün rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzinə, Astara Tarix Diyarşünaslıq Muzeyinə, Lənkəran rayonundakı Xocalı və 20 yanvar soyqırım qurbanlarının xatirə parkına, Həzi Aslanov abidəsi və parkına, Həzi Aslanovun ev Muzeyinə, Heydər Əliyev Parkına, Dairəvi qalaya ekskursiya təşkil edilmişdir. Gedilən obyektlərin hər birində yeniyetmə məktəblilərə geniş məlumatlar verilmiş onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani nümunələr göstərilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20107″ id=”20107″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]