[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/12/unnamed.jpg” ]
Fiziki şəxs Mövlanova Zülfiyyə tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hüququnu biləni qanun qoruyur!” layihəsinin icrası çərçivəsində Hacıqabul, Kürdəmir, Ucar, Yevlax rayonlarında fiziki və psixolji təzyiqlərə məruz qalan qiz və qadınlarımızın öz hüquqlarını müdafiə edə bilməsi mövzusunda silsilə tədbirlər həyata keçirilib. Keçirilən təlimlər zamanı qadınların əksəriyyətinin məişət zorakılığından əziyyət çəkməsi, fiziki, mənəvi, psixoloji, ailə zorakılığına məruz qalması və bunu kimlərəsə deməkdən çəkinmələrindən və bundan cıxış yolunu isə öz hüquqlarını bilməklə bu haqsızlıqlara, zorakılıqlara qarşı çıxış axtarmaq mövzusunda izahlar olub. Bu məqsədlə keçirilən təlimlərdə, ailə içi şiddətin tək qadınların deyil, eyni zamanda uşaqların da psixologiyasına şiddətli zərbə vurduğu iştirakçılara çatdırıldı. Və vurulan hər bir sillə cəmiyyətdən sağlam düşüncəli bir gəncin azalması deməkdir. Uşaqların saglam şəraitdə böyüməsi üçün şərait yaradılmalıdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20096″ id=”20096″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]