[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed-133.jpg” ]
Fiziki şəxs Vəliyev Fuad Canəhməd oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlamlığımıza Sahib Olaq!” layihəsinin icrası çərçivəsində sonuncu tədbir Füzuli rayonunda həm yerli gənclər arasında həm də məcburi köçkün və qaçqın gənclər arasında həyata keçirilib.
Layihənin məqsədi Respublikamızın bir sıra orta məktəb şagirdlərinin sağlam həyat mədəniyyəti səviyyəsinin öyrənilməsi və onların tibbi maarifləndirmə sahəsində geniş fəaliyyətə hazırlanıb. Təlim zamanı gənclərə ilkin tibbi yardım haqqında məlumat verilib, epilepsiya, özündən getmə xəstəliyi haqqında məlumat verilib və bu hallarında necə davranmaları izah olunub. Sonuncu tədbirdə gənclərlə bərabər əldə edilən təcrübə əsasında “Ölkədə orta məktəb şagirdlərinin sağlam həyat mədəniyyəti sahəsində mübarizəyə, fəaliyyətə hazırlanması” kimi tövsiyyələr hazırlanıb və ölkədə sağlam həyat mədəniyyətinin, tibbi maarifləndirmənin kompleks şəkildə formalaşdırılması üçün geniş bir gənclər şəbəkəsinin yaradılmasına başlanıb. Təlimlər zamanı gənclərə nəfis tərtibata və sağlamlıq haqqında geniş məlumata malik “Sağlamlığımıza Sahib Olaq!” adlı buklet paylanılıb. Bundan öncə keçirilən təlimlərdə olduğu kimi bu təlimdə də seçilən şagirdlərdən ibarət “Sağlam mədəniyyət” şəbəkəsi yaradılıb.
Həyata keçirilən layihə olduqca davamlı layihədir. Bu layihə qarşısına milli, müstəqil dövlətçilik sahəsində olduqca vacib vəzifələr qoyub və hesab edirik ki, bu sahədə zəruri addımdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”20060″ id=”20060″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]