[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/IMG_5831.jpg” ]
MAGİYA İctimai Birliyi 07-09 noyabr tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində “Korporativ sosial məsuliyyətin inkişafında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 13 yaşayış məntəqəsindən (Ağstafa, Astara, Bakı, Cəlilabad, Daşkəsən, Gəncə, Goranboy, Naxçıvan, Neftçala, Sumqayıt, Tovuz, Yardımlı və Yevlax) olan 20 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 3 günlük təlim kursları təşkil edilib. Təlim kurslarında 10 nəfər qız və 10 nəfər oğlan iştirak edib. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri xanım İndira Hacıyeva, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçiləri cənab Asif İmanlı və cənab Nazim Əmənullayev, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov və rəis müavini cənab Nazim Vəliyev, ekspert qismində isə 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət sektorunun müdiri, ABŞ-ın “İcma Əlaqələri Proqramı – 2008”-in KSM sahəsi üzrə məzunu cənab Eldəniz Kərimov və Bank Standard KB Lənkəran Filialının direktoru cənab Rüfət Əsgərov iştirak edərək özlərinin bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçıların suallarını cavablandırıblar. Təlim kursunda heyətlə iştirakçılar arasında KSM sahəsində bir çox mövzular: “Korporativ Sosial Məsuliyyət (KSM) barədə ümumi məlumat, KSM-in inkişafında QHT institutları və onların funksiyaları, KSM sahəsində dövlət və özəl qurumlar ilə, habelə QHT, İcma və KİV-lərlə əməkdaşlıq, KSM sahəsində ünsiyyət (kommunikasiya), ictimai müvəkkilik (advokasi) strategiya, taktika və mesajın təşkili” müzakirə olunub və 3 günktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri, təqdimatlar və enercayzerlər kimi bir çox təlim metodlarından geniş istifadə ediblər. Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatlar və KSM barədə müvafiq bukletlər təqdim olunub. Sonda iştirakçılar və təşkilatçılar gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna öz dərin minnətdarlıqlarını bildiblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=” 19867″ id=” 19867″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]