[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed-39.jpg” ]
06 noyabr 2014-cü il tarixində Xocavənd rayonunda “Dəstək olaq – həyatı sev” adlı layihə çərçivəsində seminar təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi həyata keçirilən layihə çərçivəsində bir sıra seminarlar keçirilib və sosial çarx çəkilərək təqdim edilib. Seminarı “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin təlimçisi Asif Quliyev aparıb. Seminarda Xocavənd rayon Əmək və Əhalinin Müdafiəsi Mərkəzinin əməkdaşları da iştirak edib. Giriş olaraq layihənin əhəmiyyətindən və Gənclər Fondunun fəaliyyətindən söz açılıb, fondun tanıtım videosu nümayiş etdirilib. Seminarın gedişində təlimçi tərəfindən iştirakçılara “Əlilliyi olan insanların cəmiyyətə sosial adaptasiyası”, “Nitq etiketləri”, “Davranış kodeksləri”, “Əlilliyi olan insanların hüquqları” və digər mövzularda dəyərli məlumatlar verilib. Fəal təlim metodlarının tətbiq edildiyi seminarda əsasən BİBÖ (Bilirəm, İstəyirəm bilim, Öyrəndim) iş üsulundan istifadə edilib. Cəbhə bölgəsində yerləşən Xocavənd rayonunda belə layihənin mütəmadi xarakter daşıması üçün addımlar atılacağı haqqında müzakirələr aparılan seminar əhəmiyyətli nəticələrlə sona çatıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19818″ id=”19818″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]