[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed9.jpg” ]
05 noyabr 2014-cü il tarixdə Şirvan şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi və “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin həyata keçirdiyi “Regionda gənc sahibkarların biznes bacarıqlarının artırılması istiqamətində maarifləndirmə tədbirlərinin təşkil edilməsi” layihəsi çərçivəsində seminar keçirilib. Seminarda“Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Ə.Mirzəyev layihə, onun məqsədləri, görülmüş işlər barədə məlumat verdi. Yaradılmış könüllülər qruplarının fəaliyyəti yüksək qirmətləndirildi. Seminarda gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün münbit şəraitin mövcud olduğu vurğulandı, biznes sahəsində müvəffəqiyyət əldə etmək üçün nələri bilmənin vacibliyi barədə məlumatlar verildi. Seminarda 5 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı R. Məmmədov, Şirvan şəhər məşğulluq mərkəzinin işçiləri, Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi A. Hüseynov iştirak edib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19813″ id=”19813″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]