[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/unnamed-57.jpg” ]
4 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şamaxı məktəbliləri arasında keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsinin play-off mərhələsinə start verildi. Play-off mərhələsinin ilk oyununda qrup mərhələsinin qalibləri Şamaxı Avropa Liseyinin “AVROPA”, Cabanı kənd orta məktəbinin “ZƏFƏR”, Göylər kənd orta məktəbinin “UĞUR” və Muğanlı kənd orta məktəbinin “MUĞAN” komandaları final oyununa vəsiqə qazanmaq uğrunda mübarizə apardılar.
Şamaxı Avropa Liseyində təşkil olunan ilk play-off oyunda YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyindən, Şamaxı Rayon Təhsil Şöbəsindən dəvət olunmuş nümayəndələr və qonaqlar iştirak edirdi. Öz çıxışlarında qonaqlar – Anar Xıdırlı, Kavuz Əliyev və Anar Osmanov layihənin həyata keçirilməsində göstərilən maliyyə yardımına görə Gənclər Fonduna və təşkilati məsələlərin həllində göstərilən köməkliyə görə əlaqədar təşkilatlara və dövlət qurumlarına öz minnətdarlıqlarını bildirdilər. Eyni zamanda iştirakçı komandalara və onların üzvlərinə tövsiyələr verib, uğurlar arzuladılar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən ilk play-off oyununda Şamaxı Avropa Liseyinin “AVROPA” və Muğanlı kənd orta məktəbinin “MUĞAN” komandaları müvafiq olaraq birinci və ikinci yeri tutmaqla final mərhələsində oynamaq şansı əldə etdilər. Bu mərhələdə iştirak edən digər komandaların şagirdlərinə isə sertifikatlar təqdim olundu. Layihə çərçivəsində play-off mərhələsinin növbəti oyununda Şamaxı şəhər 10 saylı orta məktəbin “BUTA”, Mədrəsə qəsəbə məktəbinin “ZİYA”, Əngəxaran kənd orta məktəbinin “ZİRVƏ” və Sabir qəsəbə məktəbinin “SABİR” komandaları final mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaqlar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19799″ id=”19799″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]