[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/10/IMG_0469.jpg” ]
6, 13, 27 Sentyabr 2014 cü-il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qələbə Naminə” adlı layihə Lənkəran, Bakı, Sumqayıt şəhərlərində həyata keçirildi. Layihədə 75 nəfər gənc iştirak edib. Layihə haqqında məlumatı ilk olaraq, layihənin rəhbəri Kərimova Elnurə verdi. Layihə Əligül Ağayevin təlim keçməsi ilə davam etdirildi. Layihə çərçivəsində gənclərə Avropa qitəsində ilk dəfə olaraq keçiriləcək “Bakı-Avropa 2015” oyunlarının məqsədi və faydalarından danışılıb. Layihə öz işini maraqlı müsabiqə ilə davam etdirib. Gənclər belə tədbirlərin davamlı olmasını xahiş ediblər. Tədbirdə iştirak edən gənclərə üzərində Avropa oyunlarının təsviri əks olunmuş papaq, köynək və dəftərxana ləvazimatları hədiyyə olunub. Tədbir KİV vasitələri ilə ictimaiyyətə çatdırılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19618″ id=”19618″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]