[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-190.jpg” ]
“Aqrar ixtisasların əhəmiyyəti ilə bağlı treninqlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir 29.10.2014-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu 21 saylı orta məktəbdə keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyhun Bayramlı tədbir barəsində şagirdlərə məlumat verərək layihə rəhbərini və qonaqları təqdim etdi. Ardınca layihə rəhbəri Tağıyev Firidun sözügedən layihənin Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun V qrant müsabiqəsində qalib olduğunu və bilavasitə bu fondun maliyyə dəstəyi ilə keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Treninqin mövzusuna uyğun olaraq layihə rəhbəri Tağıyev Firidun, ekspertlər Nuriyev Bəhruz və Noçuyev Əfqan şagirdlərə aqrar ixtisasların əhəmiyyəti və bu sahənin perspektivləri barədə məlumat verdilər. Tədbirin gedişində iştirakçılara bukletlər paylanıldı və xatirə şəkilləri çəkildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19602″ id=”19602″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]