[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-185.jpg” ]
01 sentyabr 2014-cü il tarixindən 3 ay müddətinə fərdi şəxs qismində Babayev Vüsal Osman oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Astara rayon Təhsil şöbəsinin təşkilati dəstəyi ilə Astara rayonunda “Yeniyetmə məktəblilər arasında vətənpərvərlik ideyalarının təbliği” layihəsini icra edir.
Layihənin həyata keçirilməsində məqsəd yeniyetmə məktəblilərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və gələcəkdə onların bu ideyaları digərlərinə təbliği ilə məşğul olmasını təmin etmək.
Layihə çərçivəsində Astara rayonunda 7 məktəb üzrə hər birində 14-17 yaş arası 20 nəfər yeniyetmə məktəblinin vətənpərvərlik mövzusunda inşa müsabiqəsində iştirakı nəzərdə tutulmuşdur. Belə ki, 27 Oktyabr 2014-cü il tarixində Astara şəhər 1 və 2 saylı tam orta məktəblərində, 28 Oktyabr 2014-cü il tarixində isə Astara rayonun Təngərüd kənd tam orta məktəbində adı çəkilən mövzuda inşa müsabiqəsi təşkil olunmuşdur. Hər üç inşa müsabiqəsinə giriş sözü ilə başlayan layihə direktoru Vüsal Babayev iştirakçılara “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında, eləcə də layihə haqqında ətraflı məlumat verərək, layihənin əhəmiyyətindən danışdı. Adı çəkilən məktəblərdə keçirilən müsabiqədə çıxış edən Azərbaycan dili və Ədəbiyyat müəllimləri də layihəni dəstəkləyərək layihənin yeniyetmələrə vətənpərvərlik ruhunda tərbiyəsində böyük töhfə verəcəyini qeyd edib, inşa müsabiqələrində elan olunan 5 mövzu üzrə şagirdləri istiqamətləndirdilər. Qeyd olunan tarixlərdə təşkil olunan inşa müsabiqəsində 60-dan yuxarı yeniyetmə məktəbli fəal iştirak etmişdir. Müsabiqələrdən sonrakı mərhələdə hədəf məktəblərin hər birindən yazdığı inşası ilə seçilən 5 nəfər gənci Lənkəran və Astara rayonlarında yerləşən döyüşlərdə qəhramanlıq göstərmiş qəhramanların ev muzeylərinə, Heydər Əliyev Mərkəzlərinə, regionda olan şəhidlərin qəbirüstü abidələrinə, müdafiə tipli tarixi abidələrə məlumat xarakterli ekskursiya təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, növbəti inşa müsabiqələri 31 oktyabr Pensər kənd 2 saylı tam orta məktəbində, 03 noyabr şəhər 3 və 4 saylı tam orta məktəblərində, 04 noyabr Tüləguvan kənd tam orta məktəbində təşkil olunacaqdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19544″ id=”19544″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]