[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-180.jpg” ]
23 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsində növbəti qrup mərhələsi oyunu keçirildi. Bu qrup oyununda Şamaxı şəhərinin 1 və 2 saylı tam orta məktəbləri, həmçinin Şamaxı Avropa Liseyi və Şamaxı THT (Texniki, Humanitar və Təbiət təmayüllü) Liseyinin komandaları qrup birinciliyi uğrunda mübarizə aparırdılar. Şamaxı şəhər 1 saylı tam orta məktəbdə təşkil olunan qrup mərhələsi oyununda həmin məktəblərin rəhbər şəxsləri, müəllim və şagirdləri ilə yanaşı, həmçinin Şamaxı rayon Gənclər və İdman İdarəsindən Hafiz Xəlilov, Şamaxı rayon Təhsil Şöbəsindən Anar Osmanov və YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyindən Kabuz Əliyev qonaq şəxs kimi iştirak edirdi. Layihə rəhbəri Vasif Şıxıyev əvvəlcə bu layihənin həyata keçirilməsində göstərilən köməyə görə Gənclər Fonduna, həmçinin təşkilatı məsələlərin həllində göstərdiyi köməkliyə görə əlaqədar qurumlar və təşkilatlara öz minnətdarlığını bildirdi. Qrup mərhələsinin bu oyununda Şamaxı Avrop Liseyinin “AVROPA” komandası digər məktəblərin komandalarını qabaqlayaraq qrup birinciliyini qazandı və play-off mərhələsində oynamaq şansı əldə etdi. Tədbirin sonunda digər məktəblərdən dəvət olunmuş komandaların şagirdlərinə qrup mərhələsində iştirakçı sertifikatları təqdim olundu.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19501″ id=”19501″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]