[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-179.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 23 Oktyabr 2014-cü il tarixində Bakı şəhərində “Biz sizinləyik”əlil gənclər üçün təlim layihəsi həyata keçirilib. Layihənin rəhbəri, Bəkirov Orxan tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin əlil gənclərin cəmiyyətdə aktiv iştiraka sövq etmək, digər insanlarla aralarında olan münasibət problemini aradan qaldırmaq, onlarda özlərinə inam hissi yaratmaq və Azərbaycan Respublikasının dövlət siyasətinin onların inkişafına yönləndiyini göstərmək olmuşdur.
Təlimi UNİCEF-in “Sağlam həyat tərzi” mövzusunda təlimçisi Əligül Ağayev aparmışdır. Əlil gənclərə zərərli vərdişlər, sağlam həyat tərzi, reproduktiv sağlamlıq mövzularında təlimlər deyilmişdir. Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilib, mövzuya uyğun hazırlanan maarifləndirmə materialları iştirakçılara paylanılıb. Layihədə 2015-ci ildə vətənimizdə baş tutacaq 1-ci Avropa oyunları könüllülük proqramının təqdimatı keçirildi. Onlara bura qoşulmaqın yolu öyrədildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19489″ id=”19489″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]