[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed59.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Şuşam mənim” videoçarx müsabiqəsinin 17-18 oktyabr 2014-cü il tarixlərində YAP gənclər birliyinin baş ofisində açılış, videoçarxların təqdimetmə və qaliblərin mükafatlandırılması mərasimləri keçirilib. Bu barədə məlumat verən layihə rəhbəri ADNA TGT sədr müavini Sevinc Əsədova video-çarxların oktyabrın 13-nə qədər qəbul edildiyini bildirdi. Onun sözlərinə görə, belə bir layihənin həyata keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onlarda bu istiqamətdə dünyagörüşünün inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. S.Əsədova bildirdi ki, artıq 20 ildən çoxdur Dağlıq Qarabağ və ondan kənar 7 rayonumuz Ermənistanın apardığı işğalçılıq siyasətinin qurbanına çevrilib.
“Neçə illlərdir davam edən münaqişə ilə əlaqədar olaraq mürəkkəb bir geosiyasi proseslərin “episentrində” dayanan dövlətimizin öz haqq səsini dünya ictimaiyyətinə çatdırması üçün bütün imkanlardan istifadə edilməlidir. “Şuşam mənim” layihəsi də bu mənada əhəmiyyət kəsb edir və dünyada yaşayan hər bir Azərbaycan insanı bu istiqamətdə öz səyini əsirgəməməlidir. Dünya birliyi, nəhayət bizim haqq səsimizi eşitməlidir”.
Layihənin açılış və videoların təqdimat mərasimi iştirakçı gənclər tərəfindən maraqla qarşılanmış və hər iki mərasimdə YAP Gənclər birliyinin əməkdaşları, o cümlədən YAP GB ofis rəhbəri Əli Pənahov və YAP Mərkəzi aparatın əməkdaşı Məmmədbağır Məmmədov çıxış edərək layihənin gedişinə uğurlar diləmiş və hər bir gənci dövlət gənclər siyasətimizi dəstəkləməyə və onun fəal iştirakçısına çevrilməyə səsləmişlər. Tədbirin sonunda qalib gənclərə mükafatlar və sertifikatlar təqdim edilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19355″ id=”19355″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]