[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-246.jpg” ]
“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi 17 Oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, gənc qalın!” adlı layihənin yekun mərasimini keçirmişdir.
Tədbir Azərbaycan Respublikasının himni ilə açıq elan edildi. Birliyin sədri Elçin Manafov bütün iştirakçıları və Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edərək iştirakçıları həm müstəqillik günü münasibətilə, həm də layihə haqqında ətraflı maarifləndirdi. O bildirdi ki, layihə çərçivəsində Bakı şəhərində 50 müdavimə 3 aylıq İlkin Tibbi Yardıma dair kurs təşkil olundu. Bu kursun iştirakçıları özəl klinikada əyani təcrübədə iştirak edərək öyrəndiklərini daha da dərinləşdirmişlər. Bundan başqa Bakı şəhərində 6 orta məktəb də, Gədəbəy, Şəki, Zaqatala, İsmayıllı, Yevlax və Mingəçevir şəhər və rayonlarında İlkin Tibbi Yardıma dair silsilə konfranslar təşkil olunub.
Bütün bu konfrans və təlimlərdəb ümumilikdə 1000 nəfərdən çox gənc maarifləndirilib.
Digər natiq Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev də öz növbəsində hər kəsi Müstəqillik günü münasibətilə təbrik edərərək , Ulu Öndərin “Sağlam bədəndə sağlam ruh olar ” sözünü gənclərə xatırlatdı və öz xeyir dualarını verdi.
Daha sonra Gənclərin Maarifləndirilməsinə Kömək ictimai birliyinin sədri İlkin Abdiyev də hər kəsi Müstəqillik günü münasibətilə təbrik edərək bildirdi ki, bugün Gimid İB və digər gənclər təşkilatının uğurlarını dövlətimizin gənclər siyasətinin düzgün təşkil etməsinin bariz nümunəsi kimi qiymətləndirdi.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və şəkillər çəkdirildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19313″ id=”19313″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]