[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-912.jpg” ]
16 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsində növbəti qrup oyunu baş tutdu. Bu qrup oyununda Şamaxı şəhərinin 3, 6, 9 və 10 saylı tam orta məktəblərinin komandaları qrup birinciliyi uğrunda mübarizə apardılar. Şamaxı şəhər 10 saylı tam orta məktəbdə baş tutan qrup oyununda həmin məktəblərin rəhbər şəxsləri, müəllimləri, şagirdləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, həmçinin YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyindən və Şamaxı rayon Təhsil Şöbəsindən dəvət olunmuş qonaqlar da iştirak edirdi. Rayon Təhsil Şöbəsində Təhsilyanı Şuranın üzvü Sadıqova Günel və 10 saylı tam orta məktəbin direktoru Səxavət Cəbrayılov çıxış edərək layihənin Şamaxı məktəbliləri üçün əhəmiyyətindən söz açdılar. Təlimçi Q.Şəhla və ekspert Ş.Nargilə komandaları layihənin keçirilməsi qaydaları və mərhələlərin şərtləri haqda ətraflı məlumatlandırdılar. Maraqlı və gərgin mübarizə şəraitində keçən qrup oyununda Şamaxı şəhər 10 saylı tam orta məktəbinin “BUTA” komandası qrup birinciliyini qazanaraq play-off mərhələsində oynamaq şansı əldə etdi. Digər komandaların şagirdlərinə isə qrup mərhələsində iştirakçı sertifikatları təqdim olundu. Layihə çərçivəsində növbəti qrup oyunu 21 oktyabr 2014-cü il tarixində Şamaxı rayonunun Göylər, Quşçu, Dağ Bağırlı və Məlikçobanı kənd orta məktəblərinin şagirdləri arasında təşkil olunacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19300″ id=”19300″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]