[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-241.jpg” ]
Oktyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Dövlət Müstəqillik Günü münasibətilə “Mən fəxr edirəm ki azərbaycanlıyam” adlı konfrans keçirilib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə keçirilən tədbir birliyin eyniadlı layihəsi çərçivəsində reallaşıb.
Tədbir Azərbaycan dövlət himninin oxuması ilə başlayıb.
Konfransda çıxış edən TUMİB-in sədri Çingiz Bayramov Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi tarixi dövrdən, ulu öndər Heydər Əliyevin xidmətlərindən, 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında konstitusiya aktının qəbul olunmasından danışıb. Heydər Əliyevin müstəqil Azərbaycanın memarı olduğunu vurğulayan natiq gəncləri ulu öndərin irsinə sahib çıxmağa çağırıb.
TUMİB sədri bildirilib ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı geniş informasiya yaymaq və bu sahədə təcrübəni bölüşmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmaq hissləri aşılamaqdır.
“Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə yeniyetmə və gənclərimiz arasında vətənpərvərlik təbliğatının aparılmasına ehtiyac olduğunu bildirib. Qeyd edib ki, 18 oktyabr – Dövlət Müstəqillik Günü münasibətilə tədbirlərin keçirilməsi müsbət haldır və belə tədbirlər yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir.
TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə vətənpərvərlik ideyaların təbliğinda milli donorların üzərinə düşən vəzifələrdən danışıb. O, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Şurasının və Gənclər Fondunun bu istiqamətdə gördüyü işlərdən danışıb. Natiq yeniyetmə və gəncləri fərdi təşəbbüslərini reallaşdırmaq üçün milli donorların yaratdığı imkanlardan faydalanmağa çağırıb.
TUMİB-in Nəzarət Təftiş Komissiyasının sədri Cəlal İbrahimli, “Gəncliyə yardım” Fondunun vitse-prezidenti Salman Əliyev və başqaları çııxş edərək, müstəqillik haqqında konstitusiya aktının ölkəmizin həyatındakı rolundan danışıblar.
Tədbirdə həmçinin layihə çərçivəsində görülən işlərdən söhbət açılıb. Məlumat verilib ki, layihə çərçivəsində rəsm, şeir və mahnı müsabiqələri, gənc jurnalistlər arasında isə yazı müsabiqəsi keçirilib. Yazı müsabiqəsinin qalibləri – “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Bayramqızı, “Palitra” qəzetinin müxbiri Təhminə İsmayılova, Avropa radiosunun müxbiri Təranə Xudabaxşıyeva, “Modern.az” saytının əməkdaşı Günay İmanova və “Xəbəri.az” saytının baş redaktoru Səbuhi Abbasov diploma və pul ilə mükafatlandırılıblar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19269″ id=”19269″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]