[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-150.jpg” ]
Yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri də narkomaniyadır. BMT-nin hesablamalarına görə dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə edir. Bu dünya əhalisinin təxminən 4,8%-i deməkdir. Dünyanın sosial bəlasına çevrilən narkomaniyanın yayılması və onun fəsadları Azərbaycan cəmiyyətindən də yan keçməyib. Yeniyetmə və gənclərin aparılan geniş miqyaslı maarifləndirmə kampaniyalarına qoşulması onların zərərli vərdişlər haqqında məlumat əldə etməsində, maarifləndirilməsində böyük rol oynayır.
“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi 2014-cü il iyun-oktyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin zərərli vərdişlərə qarşı mübarizə kampaniyası” adlı layihə həyata keçirib. Layihənin məqsədi Azərbaycanın regionlarında (Saatlı və Hacıqabul rayonları) insanların sağlam həyat tərzi uğrunda narkomaniya, HİV/AİDS-in yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, insanların mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, onlarda narkomaniyaya qarşı hisslərin oyadılması, təbliğat işinin aparılması, insanların maarifləndirilməsi, onlara məlumatların verilməsi və maarifləndirici bukletlərin paylanılması olub.
Saatlı və Hacıqabul rayonlarında ümumilikdə 12 təlim keçirilib. Həyata keçirilən layihədən əsasən 14-29 yaş arası gənclər, yeniyetmələr, orta məktəblərin yuxarı sinif şagirdləri və rayon ictimaiyyəti faydalanmışdır. 180 nəfərin iştirakı ilə keçirilən təlimlərdə yeniyetmə və gənclər maarifləndirilib, təlim materialları və bukletlərlə təmin ediliblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19206″ id=”19206″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]