[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-1112.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi tərəfindən 11 oktyabr 2014-cü il tarixdə “Öyrənək və inkişaf edək- HR məktəbi” layihəsi çərçivəsində Quba şəhərində gənclərə təlim keçildi. Tədbirin açılışında hörmət əlaməti olaraq vətən uğrunda şəhid olmuş övladlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra çıxış edən “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyinin sədri Nəsimi Həsənov gənclərə Azərbaycan Respublikasının gənclər siyasəti, vətənpərvərlik və təşkilatın fəaliyyəti barədə qısa məlumat verərək təlim iştirakçılarına uğurlar arzuladı. Layihənin təlimçisi Ceyhun Abbasov gənclərə insan resursları anlayışı, kadrlar işinin təşkili, kargüzarlıq xidməti və əmək qanunvericilik barədə nəzəri və praktik biliklər verərək insan resursları üzrə fəaliyyətin əsas istiqamətləri- müsahibə aparma bacarıqları, yeni işçi qəbulu-təlimatlar, tələblər, ilkin qəbul təlimləri, motivasiya tədbirləri, insan resurslarının idarəçiliyi, karyera planlaşdırılması, sənədlərin idarəedilməsi və dövriyyəsi, vəzifə təlimatları və Əmək məcəlləsini qubalı gənclərə qarşılıqlı fikir mübadiləsi və sual-cavab vasitəsilə izah etdi. Gənclərin aktiv iştirakçılığı ilə keçən təlimdə onların gələcək əmək fəaliyyətlərində qarşıya çıxa biləcək bir sıra anlaşılmazlıqlar və suallarına aydınlıq gətirildi.
Tədbirdə Quba rayonu icra hakimiyyətinin böyük məsləhətçisi Rəxşəndə Bayramova və Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirdilər.
Təlimlərin sonunda iştirakçı gənclərə paylama materialları və sertifikatlar təqdim edildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19129″ id=”19129″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]