[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-93.jpg” ]
Gənclər paytaxtı Qubada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ana dilimizi qoruyaq”adlı layihəsi çərçivəsində təşkil olunacaq təlimlərə start verilib. Layihə rəhbəri Vüqar Hüseynovun verdiyi məlumata görə layihə çərçivəsində təşkil olunacaq təlimlər üçün peşəkar təlimçilər cəlb edilib və onlar Qubadan olan 15-25 yaşlı 20 nəfər gəncə “Azərbaycan dilinin qrammatik qaydaları”, “Üslublar”, “Xəbərin hazırlanması və yayımı”, “Bloqlar üzərində iş və sosial şəbəkələrdə fəaliyyət” mövzularında yeni bilik və bacarıqlar verməyə çalışacaqlar. Əsas məqsədi internetdən istifadə edən, müxtəlif sosial şəbəkələrdə şəxsi profil, qrup, səhifə, bloqlara sahib olan gənclərə Azərbaycan dilinin, əlifbasının düzgün istifadəsi üçün təlimlər təşkil etmək olan layihənin təlimləri 4 gün davam edəcək. Təlimin sonunda iştiraçılar sertifikatlarla mükafatlandırılacaqlar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18966″ id=”18966″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]