[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed7.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı 2015 ilk Avropa oyunlarına qələminlə qoşul” layihəsinin yekun mükafatlandırma mərasimi olub.Tədbirdə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, YAP Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov, Yasamal Gənclər və İdman idarəsinin nümayəndəsi və Türkdilli Gənclər Birliyinin baş katibi iştirak edib. Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov gənclərin cəmiyyət üçün əhəmiyyətindən bəhs edərək, onların öz istedadlarının üzə çıxarmasının əsas olduğunu qeyd edib. Layihə rəhbəri Sahil Hacıyev layihə haqqında tədbir iştirakçılarına məlumat verərək : “Cənab prezidentin təşəbbüsü ilə Azərbaycan Gənclər Fondu təsis edilmişdir.Bu fondun əsas məqsədi gəncliyinin ideyalarını,düşüncələrini, reallaşdırması üçün onlara dəstək olmaqdır. Ölkəmiz 2015-ci ildə İdman bayramı ərəfəsindədir.İlk Avropa oyunları Bakı şəhərində keçirilir.Biz də öz növbəmizdə gənclərin arasında “Bakı 2015 ilk Avropa oyunlarına qələminlə qoşul” layihıəsini elan etdik.Layihə 3 aydır davam edir.Layihənin məqsədi ondan ibarət idi ki, gənclər bu oyunların təbliği üçün publisistik yazılar yazaraq müxtəlif media orqanlarında bu yazılarla çıxış etsinlər.Müsabiqə dövründə Təşkilat komitəsinə 60-a yaxın yazı göndərildi.” qeyd edib.Tədbirin sonunda qaliblər diplom ilə təltif olunublar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18827″ id=”18827″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]