[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-33.jpg” ]
Qeyd edək ki, “Könüllü Gənclər” İctimai Birliyi gənclərin milli ruhda yetişmələrinə, eləcə də onların gələcək həyatında milli-mənəvi dəyərlərin özünəməxsus yeri olması məqsədilə “Qloballaşan Dünyada Milliləşən Gənclik” layihəsinə start verib. Layihə çərçivəsində birlik müxtəlif universitetdən olan tələbələrə milli-mənəvi dəyərlərimiz mövzusunda treyninq keçirmişdir. Tədbirdə gənclərin milli ruhda inkişafına, onların bu dəyərlənindən istifadə edərək gələcək həyatlarının hər pilləsində uğur əldə etmələrinə və milli dövlətçilik ənənələrinə sadiq qalmalarına istiqamətində mövzular müzakirə olunub.
Növbəti treyninq 30.09.2014-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5 No-li Peşə məktəbində keçirildi. Tədbiri məktəbin direktoru Çandirova Fatma Hüseyn qızı qonaqları salamlayaraq açıq elan etdi. Daha sonra Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Əliyev Vüqar Sabir oğlu, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov çıxış edərək məktəblilərə milli-mənəvi dəyərlərimizə sahib çıxmağın, onları getdikləri hər yerdə təbliğ etməyin, bayraq, vətən və millət sevgisini daima yaşatmağın çox vacib olduğunu qeyd etdilər. Tədbirdə həmçinin gənclər üçün yaradılan şərait, onlara göstərilən qayğıdan söhbət açıldı və dövlətin bu cür layihələri keçirməklə dəyərlərimizin qorunmasına bariz nümunə olduğu qeyd edildi. Bundan sonra söz məruzəçi tarix üzrə fəlsəfə doktoru Qurbanov Abbas Sahib oğluna verildi. O Milli dəyərlərimiz, Mənəvi dəyərlərimiz, Milli Kimlik, Dövlətçilik İdeologiyası haqqında gənclərə daha geniş məlumat verdi. Abbas Qurbanov dövlətin mövcud olmasında, formalaşmasında və inkişafında milli ideyanın rolunun əvəzsiz olmasını lakin hazırkı şəraitdə bizim cəmiyyətdə bu sahədə ciddi bir boşluğun müşahidə olunduğunu qeyd etdi. Həmçinin o qeyd etdi ki, ideoloji baxışların ən çox sirayət etdiyi sahələrdən biri də dini cərəyanlar və baxışlar vasitəsi ilə sirayət edən ideyalardır. Buna görə də milli kimlik ideyası və milli mənəvi dəyərlərimizin qorunması işinə eyni platformada baxılması və ideoloji işin aparılması zəruridir və gənclərimizi yad təsirlərdən, radikalizmdən qormağın yeganə yolu gənclərimizə öz milli-mənəvi dəyərlərini aşılamaqdan keçir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, qələmlər və “Keçmişdən Günümüzə DƏYƏRLƏRİMİZ” adlı kitab təqdim olundu.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18812″ id=”18812″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]