[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed2.jpg” ]
“Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində “Sürəti azalt, ömrünü uzat!” veloyürüşünü keçirdi.
Yüzə yaxın gəncin iştirakı ilə keçirilən yürüşün əsas məqsədi yeniyetmə və gənclərin yol təhlükəsizliyi qaydaları uğrunda səylərinin gücləndirilməsini, yol mədəniyyətinin inkişaf etdirilməsində onların rollarının artırılmasıdır.
Yürüşdə gənclər tərəfindən maarifləndirici materiallar paylanılıb, ictimai iaşə obyektlərinin qarşısında müxtəlif yaş təbəqəsindən ibarət olan insanlarla profilaktik söhbətlər aparılıb.
Sözügedən layihə çərçivəsində gənclərin yol təhlükəsizliyi sahəsində təşəbbüs klublarının yaradılan, yerlərdəki könüllü qruplar vasitəsilə görüşlər, yol kənarlarında maarifləndirici aksiyalar təşkil edilib.
Qeyd edək ki, yol təhlükəsizliyi sahəsində belə bir layihənin yüksək səviyyədə keçirilməsi ölkəmizin BMT tərəfindən cari ildə qeyd olunan qlobal yol təhlükəsizliyi tədbirlərinə dəstək verməsi üçün də yaxşı nümunə ola biləcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18793″ id=”18793″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]