[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-1.jpg” ]
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər üçün Azərbaycan incəsənətinə dair ustad dərsləri” adlı layihə icra edir.
Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan incəsənəti haqqında məlumatlılığının artırılması, incəsənətimizin təbliğinə, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir. Eyni zamanda layihənin vəzifəsi Azərbaycan incəsənət tarixinə dair peşəkarlarlar tərəfindən ustad dərslərinin aparılması ilə gənclərdə lazımı biliklərin yaranması, yeniyetmə və gənclərin zəngin Azərbaycan mədəniyyəti haqqında maariflənməsi, istedadlı yaradıcı gənclərin üzə çıxarılmasıdır.
Layihə rəhbəri Nurəddin Mehdiyev qeyd etmişdir ki, Azərbaycan çox qədim və özünəməxsus mədəniyyətə malik olan bir ölkədir. Təəssüf ki, zəngin mədəniyyətimizin yeniyetmə və gənclər arasında təbliği arzu olunan səviyyədə olmayıb. Aktuallıq kəsb edən məsələlərdən biri kimi, Azərbaycanda yeniyetmə və gənclər arasında tariximizin, mədəniyyətimizin, incəsənətimizin sadə dildə təbliğini nəzərdə tutan müxtəlif tədbirlərin həyata keçirilməsidir.
Layihə çərçivəsində Şəki şəhərində, Şamaxı rayonunda, Bakı şəhəri Nərimanov rayonunda hər birində 4 gün ərzində yeniyetmə və gənclərə Azərbaycan incəsənət tarixinə dair, rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ- tətbiqi sənət, metal işləmə, memarlıq sənətlərinə dair ustad dərsləri keçirilmişdir. Ustad dərsləri əməkdar incəsənət xadimi sənətşünaslıq üzrə doktor Ziyadxan Əliyev tərəfindən aparılmış, gənclərdə zəngin Azərbaycan mədəniyyəti haqqında lazımı biliklərin yaranmışdır. İstedadlı yaradıcı gənclərin üzə çıxarılması istiqamətində söhbətlər aprılmış, layihənin həyata keçirildiyi ərazilərdə istedadlar klubunun yaradılması qərara alınıb.
Bundan əlavə layihənin həyata keçirildiyi ərazilərdə olan mədəniyyət və incəsənət əsərləri ilə əyani tanışlıq olunmuşdur, nəşr məhsulları, paylama materialları paylanmışdır. Layihə iştirakçılarına şəhadətnamələr təqdim olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18782″ id=”18782″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]