[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed88.jpg” ]
30 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsinin tanıtım mərhələsi uğurla başa çatdı. Şamaxı rayonunun 32 məktəbinin IX-XI sinif şagirdləri arasında təşkil olunan layihənin tanıtım mərhələsinin sonuncu günü 2 ayrı-ayrı məntəqədə Şamaxı şəhərində yerləşən 1, 2, 3, 6, 9, 10 saylı tam orta məktəblərin və Şamaxı THT və Avropa Liseylərinin şagirdləri ilə görüş keçirildi.
Görüş zamanı adları keçən məktəblərin şagirdləri ilə yanaşı, həmin məktəblərdən dəvət olunmuş müəllimlər də iştirak edirdi. Layihə rəhbəri Vasif Şıxıyev məktəb rəhbərlərinə, tədbirə dəvət olunmuş müəllimlərə və şagirdlərə layihənin məqsədi, davamlılığı, oyun turları və onların keçirilmə qaydaları, həmçinin gözlənilən nəticələr haqqında ətraflı məlumat verdi. Həmçinin layihənin həyata keçirilməsində əməkdaşlıq ediləcək dövlət qurumları və təşkilatların rolu haqqında da iştirakçılara əlavə məlumat verildi. Bununla da “DE-FAKTO İNTELLEKT” layihəsinin tanıtım mərhələsi başa çatdı.
Xatırladaq ki, 2 0ktaybr 2014-cü il tarixindən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsində qrup oyunlarına start veriləcək. İlk qrup oyununda Şamaxı rayonunun Əngəxaran, Məlhəm, Çuxuryurd və Nağaraxana kənd tam orta məktəblərinin şagirdləri qrup qalibi olmaq üçün bir-birləri ilə mübarizə aparacaqlar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18737″ id=”18737″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]