[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-626.jpg” ]
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 26 sentyabr 2014-cü il tarixində Bakı şəhəri Yasamal rayonu 18 saylı tam orta məktəbdə “Zərərli vərdişlərin fəsadları barədə gənclər arasında bilik və məlumatların artırılması” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə birliyin həkim-eksperti Aytən Şirinova açaraq tədbir iştirakcılarını salamladı, narkomaniya, siqaret, alkaqol və s. zərərli vərdişlərin fəsadları barədə geniş məlumat verdi. Bu sahədə dövlət orqanları ilə yanaşı qeyri hökümət təşkilatlarının üzərinə düşən vəzifələrdən danışdı. Məktəbin direktoru Səkinə Məmmədova cıxış edərək mövzünun aktuallığından bəhs etdi. Məktəbdə bu tədbirin kecirilməsini yüksək qiymətləndirdi. Sonra məktəbin tərbiyə üzrə direktor müavini Rəvanə Məmmədova çıxış edərək vətəndaş cəmiyyətinin üzvləriylə şagirdlərin bu görüşlərinin tərbiyəvi əhəmiyyətindən danışdı. Məktəbin psixoloqu Arzu Məmmədova bu kimi görüşlərin sagirdlərin psixologiyasında müsbət rol oynayacağını diqqətə catdırdı. Tədbirin sonunda şagirdlərə maarifləndirici bukletlər və zərərli vərdişlərin mövzusu əks olunmuş köynəklər paylanıldı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18713″ id=”18713″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]